Sumqayıtda Novruz ab-havası – MARAQLI FOTOLAR

567
Sumqayıt şəhərində Novruz bayramı şənlikləri bir neçə gündür davam edir.
Sumqayıt şəhər İcra hakmiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq xalqımızın əziz bayramlarından olan Novruz Bayramı şəhərdə geniş şəkildə qeyd olunur.
Tədbirlər planına uyğun olaraq bu gün sumqayıtlıların sevimli istirahət guşəsi olan  ”Nizami” abidəsinin qarşısında  və  Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində Novruz şənliyi keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra hakmiyyətinin rəsmiləri də iştirak edib.
22 Mart tarixində saat 12-də “Kimyaçılar” mədəniyyət evinin qarşısında, saat 3-də isə 9-cu mikrorayon ərazisində yerləşən “Lüdfiqshafen” parkında bayramşənliyi təşkil ediləcək.

Qeyd edək  ki, Sumqayıt şəhərində Novruz şənlikləri Martın 24-nə kimi davam edəcək.

sumqayitxeber.com Novruz şənliyindən fotoları tədqim edir:
Foto: Xəqani Əzizov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər