Sumqayıtda Novruz bayramına həsr olunmuş silsilə tədbirlər davam edir – FOTOLAR

578

Bu gün Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində Novruz şənliyi təşkil edilib.

Sumqayıt şəhər  İcra Hakimiyyəti rəsmilərinin iştirak etdiyi Novruz şənliyində yüzlərlə qəsəbə sakini Baharın gəlişini böyük sevinclə  bayram edib.

Bayram tədbirində qəsəbə idmançıları öz məharətlərini göstərib, bədii özfəaliyyət kollektivləri şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər.

Şəhər rəhbərliyi tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər