Sumqayıtda oğul atasını döyüb

1748

Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin “Beton zavod” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər