Sumqayıtda piyadanın vurulması ölümlə nəticələndi

1552

ddiOlKe8Orxan Ağaverdiyev aldığı xəsarətlərdən hadisə yerində keçinib

Sumqayıt şəhərində piyadanın vurulması ölümlə nəticələnib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində şəhər sakini Rövşən Qurbanov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Sumqayıt sakini Orxan Ağaverdiyevi vurub. Nəticədə O.Ağaverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.Mənbə: anspress

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər