Sumqayıtda polis əməkdaşını avtomobil vurdu

966

Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.

sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər