Sumqayıtda qadın kloun niyə öldü? – SƏBƏB AÇIQLANDI

1993

Oktyabrın 2-də axşam saatlarında Sumqayıtda məzhəkəçilik (kloun) edən qadının ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsi, bağlar massivi istiqamətindəki Sahil küçəsində – dəniz kənarında yerləşən restoranlardan birində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Ekspertiza zamanı onun içkili olduğu məlum olub.

İlkin araşdırma zamanı məlum olub ki, restorandakı məclisdə qonaqları əyləndirən qadın məzhəkəçi masalara yaxınlaşaraq insanları əyləndirərkən onlarla bir neçə dəfə spirtli içki qəbul edib. Bir qədər sonra isə, o, uşaqları oynadarkən qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da M.Məmmədovanın öldüyü məlum olub.

 M.Məmmədovanın yaxınları bildirib ki, o, ürək xəstəliyindən əziyyət çəkirmiş və ürək tutmasından vəəfat edib.

Faktla bağlı araşdırma aparılır. publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər