Sumqayıtda qadın sürücülər qəza törətdi – Fotolar

535

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsində yol ayrıcında iki avtomobil toqquşub. Belə ki, 90 CS 888 dövlət nömrə nişanlı, “Renault” markalı avtomobil qarşıdan gələn 90 PU 618 dövlət nömrə nişanlı, “Kia” markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində “Renault” markalı avtomobilin sürücüsü, 31 yaşlı Şəlalə Məmmədova xəsarət alıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onu da əlavə edək ki, qəzaya düşən digər avtomobilin sürücüsü də qadın olub.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər