SUMQAYITDA QADINI MAŞIN VURDU: XƏSTƏXANAYA ÇATDIRILAN QADIN ÖLDÜ

2278

Yol qəzasında yaralanan qadən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində yolu qaçaraq keçərkən “RAV4” markalı “10-LU-121” dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər