Sumqayıtda “ Qarabağ Dalğası” layihəsini həyata keçiriləcək

626

19 fevral 2011-ci il tarixdə Sumqayıt şəhərində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Qarabağ Tədqiqatları Mərkəzi “ Qarabağ Dalğası” layihəsini həyata keçirir.

19 fevral 2011-ci il tarixdə Sumqayıt şəhərində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Qarabağ Tədqiqatları Mərkəzi “ Qarabağ Dalğası” layihəsini həyata keçirir. Layihə 26 Fevral Xocalı soyqırımının 19-cu il dönümü və 1988 ci il Sumqayıtda baş verən hadisələrin il dönüm münasibətilə keçirilir. Layihə müsabiqə şəklində təşkil olunub. Yarışmaya Sumqayıt şəhərində fəaliyyət göstərən 17 orta məktəbin şagirdlərinin qatıla biləcəyi müəyyənləşdirilib. Layihə çərçivəsində video rolik və inşa müsabiqəsi təşkil olunacaq. Layihə Dünya Gənc Türk Yazarlar Birliyi, Xocalıya Ədalət Beynəlxalq Kompaniya və İslam konfransı təşkilatı gənclər forumu tərəfindən dəstəklənib. Tədbir Sumqayıt Özəl Türk Litseyində keçiriləcək. Gənclərdə Qarabağ haqqında informasiya və məlumatın artırılması, Qarabağ naminə mübarizə ruhunun az olması bu layihənin keçirilməsinin labüd edir. Tədbir vasitəsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanması, əldə etdikləri məlumatların tarixi qaynaqlara əsalanaraq dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmasına nail olunacaq. Sonda qalib komandaya Qarabağ kuboku təqdim olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər