Sumqayıtda qətl hadisəsi baş verib

908

Bichaq_422212006Sumqayıt şəhərində 30 yaşlı oğlan qətlə yetirilib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə yanvarın 27-də saat 23.00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 30 yaşlı Vaqif Aslanov ağır bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. V.Aslanovun aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. V.Aslanovu öldürməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Nadir Ənvər oğlu Zeynalov tutularaq istintaqa təhvil verilib. N.Zeynalov ilkin dindirilmə zamanı hadisəni şəxsi münasibətlər zəminində baş vermiş münaqişə nəticəsində törətdiyini bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər