Sumqayıtda qəza 2 qadın və 1 kişi xəstəxanalıq oldu - ADLAR

1083

Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıtın Babək küçəsində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəstəxanaya çatdırılanlardan biri Sumqayıt sakini, digərləri isə Bakı sakinləridir.

Onlar, 1971-ci təvəllüdlü İmanov Mehman Şükür oğlu döş qəfəsinin küt travması, 1970-ci il təvəllüdlü Qarayeva Pərvanə Rafiq qızı döş qəfəsinin küt travması və 2001-ci il təvəllüdlü Musayeva Aişə Şəadət qızı burundan sınıq xəsarətləri alıblar.

Həkimlərin ilkin tibbi yardımından sonra M.İmanov və P.Qarayeva ambulator müalicəyə yola salınıblar, A.Musayeva isə travma xəstəxananın travma şöbəsində müalicəsini davam etdirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər