Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub

1699

Sumqayıt şəhərində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər – 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.


***22:26

Sumqayıt. 7 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində “Kamaz” və “VAZ-21 07” markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər