Sumqayıtda quş oğrusu tutuldu

1268

Sumqayıtda quş oğrusu saxlanılıb.

DİN-dən virtualaz.org-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyev saxlanılıb.

O, fevralın 2-dən iyulun 6-dək olan müddətdə şəhər ərazisindəki altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatı, 15 göyərçin və 8 ev quşu, habelə iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər