Sumqayıtda saxlama müddəti keçmiş ərzaq məhsulları aşkar edilib

777

market2323(15.07.2009)İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarını keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorumaq məqsədilə monitorinqləri davam etdirir.
Sumqayitxeber.com saytı Dövlət Xidmətinə istinadən məlumat verir ki, qurum tərəfindən dekabrın 3-də həyata keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində D.İsmayılova məxsus ərzaq mağazasında satışda 165 kiloqram saxlama müddəti ötmüş ərzaq məhsullarının olduğu müəyyən edilib. Ümumilikdə, gün ərzində Dövlət Xidməti tərəfindən ümumi çəkisi 560 kiloqram saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar edilmiş, satışdan çıxarılaraq məhv edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər