Sumqayıtda seçki ilə bağlı “Qaynar xətt” yaradılır

714

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə 15 sentyabrdan “Siyasi hüquqların (seçki hüququ və toplaşmaq azadlığı) müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində parlament seçkilərində iştirak edən seçki subyektlərinə seçki hüququnun və toplaşmaq azadlığının müdafiəsi üçün zəruri informasiya və hüquqi yardım göstəriləcək, həmçinin məhkəmə proseslərinin monitorinqi aparılacaq.

Yaxın günlərdə Bakı, Gəncə şəhərilə yanaşı Sumqayıt şəhərində də seçki subyektlərinə informasiya və hüquqi yardım göstərilməsi məqsədilə “Qaynar xətt” fəaliyyətə başlayacaq. “Qaynar xətt” vasitəsilə hüquqi yardıma ehtiyacı olanlara şifahi məsləhətlər veriləcək, onların ərizə və şikayətləri hazırlanacaq. Bundan başqa, hüquqi yardımın yerli məhkəmələrdə təmsilçilik və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanması formasında da həyata keçirilməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər