Sumqayıtda şəhid Kərim Əhmədəliyevin xatirə lövhəsinin açılışı olub

1121

Sumqayıt şəhərində şəhid Kərim Əhmədəliyevin xatirə lövhəsi və baralyefinin açılışı olub.
Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid Ailələri işinin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, şəhidin ailə üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları şəhidimiz barəsində xatirələrindən danışaraq Allahdan ona rəhmət diləyiblər.

Qeyd edək ki, Kərim Əhmədəliyev 12 iyun 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər