Sumqayıtda şəhidlərin xatirəsi anılıb – FOTOLAR

931

Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıtın Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.

Şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman oğulları xalqımızın ürəyində yaşayır və həmişə də yaşayacaqdır. Qeyd olunub ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər