Sumqayıtda sələmçi qadın vəhşicəsinə öldürüldü

3209

Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

Hadisə şəhərin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. report.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər