Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələyib

2254

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər