Sumqayıtda silahlı insident

627

Azərbaycanın Sumqayıt şəhərində silahlı insident baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Musa Yaqub oğlu Bayramov həmyerlisi, 28 yaşlı Qiyas Əfqan oğlu Qubadovu yaşadığı evin qarşısında güllələyib. Nəticədə qolundan güllə yarası alan Q. Qubadov xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən M. Bayramov tutulub. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, M. Bayramov əvvəllər də adam öldürməkdə və soyğunçuluqda təqsirli bilinərək iki dəfə məhkumluq həyatı yaşayıb. O, ilkin ifadəsində Q. Qubadovu qısqanclıq zəminində güllələdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər