Sumqayıtda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

627

Sumqayıtda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
sumqayitxeber.com -un DİN-in saytına istinadən verdiyi məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurladığı müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər