Sumqayıtda təltif olunan kimyaçılarla görüş keçirildi, 23 nəfərə isə… – FOTOLAR

660
“Azərikimya” İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş keçirilib Birliydən Xeberle.com-a verilən məlumata görə, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirib, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdü verilmiş veteran kimyaçı Maqsud Eyvazovu, “Azərikimya”nın əməkdaşları “Əməkdar kimyaçı” fəxri adına layiq görülmüş Nadir Alıyevi, “Tərəqqi” medalı ilə təltif olunmuş İsrail Əfəndiyevi, Söhbət Qəhrəmanovu, Zakir Məmmədovu və Oqtay Niftəliyevi təbrik edib və xoş arzularını çatdırıb. Sonra “Etilen-Polietilen” zavodunun Qazayırma sahəsinin qazayırma aparatçısı Afayət Baxışovaya, Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin kompressor qurğularının maşinisti Ziyafət Quliyevə, Təmir-Tikinti İdarəsinin Avadanlıqların təmiri və xidməti sahəsinin elektrik qaz qaynaqçısı Zirəddin Aslanova, 2 saylı Təmir-tikinti və korroziyadan mühafizə sahəsinin iş icraçısı Zaur Cəlilova və “Etilen-Polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının direktoru Ədalət Quliyevə SOCAR Prezidentinin Fəxri fərmanı və birdəfəlik pul mükafatı təqdim olunmuşdur. Həmçinin “Etilen-Polietilen” zavodunun Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin qaz təmizləyici aparatçısı Minarə Ağayeva “İlin ən yaxşı kimyaçısı” adına layiq görüldüyünə görə rəhbərlik tərəfindən təbrik edilmişdir.
Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 23 nəfər kimyaçıya – Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əməkdaşlarına fəxri fərman və pul müfafatları təqdim olunub. Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən modernizasiya və yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan məişət və sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər