Sumqayıtda tikilən yeni mərkəzdən ən son FOTOLAR

581

Sumqayıt şəhərində müasir üslubda tikilən Heydər Əliyev Mərkəzində işlər yekunlaşmaq üzrədir.

Ümummilli liderin adını daşıyan parkda tikilən mərkəzin binası 4 mərtəbədən ibarətdir. Milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz artıq indidən əzəməti ilə diqqət çəkir.

Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq.

Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.

Tikintisi yekunlaşmaq üzrə olan Mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, şəhərə xüsusi yaraşıq verəcək.

sumqayitxeber.com Mərkəzdən hazırlanmış fotoreportajı təqdim edir:

Fotolar: Xəqani Əzizov

DSC_0068DSC_0069DSC_0070DSC_0073DSC_0074DSC_0078DSC_0079DSC_0081DSC_0083DSC_0084DSC_0086DSC_0088DSC_0089DSC_0090DSC_0091DSC_0092DSC_0093DSC_0094DSC_0096DSC_0098DSC_0100

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər