Sumqayıtda turizm şirkətinin ofisindən oğurluq edilib

1075

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə aviabilet satışı və turların təşkili ilə məşğul olan turizm şirkətinin ofisində qeydə alınıb.

Şirkət nümayəndəsi Lalə Ağayeva bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verdiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, ofisə gizli yolla daxil olan oğrular oradan iki ədəd noutbuk və bir ədəd mobil telefon götürüblər.

Faktla bağlı araşdlrma aparılır.

Bundan əvvəl Bakıda tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadına şərti cəza verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər