Sumqayıtda üç qadın dəm qazından zəhərləndi

693

Sumqayıt şəhərindən eyni gündə 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində məlumat yayılıb. Noyabrın 7-də Sumqayıt şəhərindəki 4-cü məhəllədə yaşayan Cəmilə Göyüşova mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Günün ikinci zəhərlənmə hadisəsi şəhərin 47-ci məhəlləsində olub. Burada yaşayan Leyla Əhmədova mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, onun vəziyyəti orta-ağırdır.

Sonuncu zəhərlənmə xəbəri isə Corat qəsəbəsindən gəlib. Günay Mirzəyeva mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Hər 3 faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər