Sumqayıtda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

777

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Sumqayıtda da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ictimaiyyət nümayəndələri Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Həmçinin şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da səhər tezdən şəhərdə ağacəkmə aksiyası keçirilib, park və xiyabanlarda ağac əkilib. Sumqayıtın inkişafından söz açarkən əvvəlcə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Çünki gənc Sumqayıtın ilk inkişaf mərhələsi məhz həmin dövrə təsadüf edir.

Həmin illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi, Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoymuşdu. Bu baxımdan hələ sovet illərindən sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər.

Ölkəmizə rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub. Şəhərdə sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib.

Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərlər edib. Bu səfərlər zamanı bir çox sənaye müəssisəsi açılıb. Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Daha sonra Sumqayıtdakı Heydər Əliyev Mərkəzində respublikanın incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olunub.DSC_0453DSC_0439DSC_0433DSC_0429DSC_0470DSC_0479DSC_0483DSC_0486DSC_0494DSC_0502DSC_0509DSC_0522DSC_0555DSC_0571DSC_0648DSC_0590DSC_0588DSC_0578DSC_0028DSC_0026  DSC_0040 DSC_0090 DSC_0160DSC_0152DSC_0140DSC_0111DSC_0109DSC_0106DSC_0099DSC_0096DSC_0094DSC_0091DSC_0090DSC_0075DSC_0070DSC_0063 (1)DSC_0061DSC_0056DSC_0061DSC_0056

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər