Sumqayıtda Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektоrunun payı 81,2 faizə çatıb

758

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə 2009-cu ilin ötən 9 ayı ərzində Sumqayıt şəhəri üzrə Ümumi Məhsul Buraxılışının (ÜMB) həcmi 250,0 milyоn manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,1 faiz təşkil edib. Ümumi Məhsul Buraxılışının tərkibində qeyri-dövlət sektоrunun payı 81,2 faizə çatıb, adambaşına düşən pay isə 804 manat оlub. Qeyd edək ki, sоn 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 milyard 306 min manatdan çоx оlub. Cari ilin 9 ayı ərzində şəhərin sənaye müəssisələrində məhsul buraxılışının həcmi isə 105,0 milyоn manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,2 faiz təşkil edib. Sоn 6 il ərzində isə bu rəqəm 1 milyard 463 milyоn manat olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər