Sumqayıtda ümumilikdə 61480 ədəd qaz sayğacı quraşdırılıb

835

Sumqayıt şəhərində 2010-cu ilin oktyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 104,7 faiz təşkil edib. Bu barədə Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib. Verilən məlumata görə cari ilin oktyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 273340,51 manat dəyərində, 2733,4 min m3 həcmində təbii qaz istifadə edilib. Ödənişdə 48761 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 65140 nəfərdir. Şəhər üzrə ümumilikdə 61480 ədəd qaz sayğacı quraşdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər