Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

2257

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95  illik yubileyi münasibət ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının apparat rəhbəri Aqşin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü Əvəz Mahmud Lələdağ, YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini ElmarXəlilov, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə iştirak edib.

İclası YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri ElvinMəmmədzadə açaraq İdarə heyətini, fəal gəncləri və görüşdə iştirak edən qonaqları salamlamış,“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verib. Sonra “Heydər Əliyev və Gənclər siyasəti” qısa metrajlı film izlənilib.

YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü Əvəz Lələdağ Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Ulu Öndər və Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının qurulması haqda gənclərə məlumat vermib.

Gənclər mövzu ətrafında çıxışlar etmiş, fikir mübadiləsi aparıblar.

SondaYAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclər ilə iş üzrə müavini Elmar Xəlilov Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti ilə bağlı çıxış edərək gənclərimizi Azərbaycanın yeni tarixində daha da fəal olmağa çağırıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər