Sumqayıtda ümumşəhər Novruz şənliyi keçirilib – FOTOLAR

569

Novruz bayramı ilə əlaqədar Sumqayıt şəhərində ümumşəhər şənliyi keçirilib.

Bayram şənliyində Sumqayıt şəhər  İcra  Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak etmişdir.

Sumqayıt şəhər sakinlərinin sevimli istarahət guşəsi olan Nəsimi adına mədəniyyət və istirahət parkı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını qalamışdır.

Dədə Qorqud və bahar qız xeyir-dua verərək, Novruz bayramının   xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər.

Səməni və digər Novruz atributları ilə  bəzədilən parkda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər.

Bayram şənliyi konsert proqramı ilə başa çatdı.

Sumqayitxeber.com

Fotolar: Xəqani Əzizov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər