Sumqayıtda vəkil məhkəmə zalında həbs edildi

1696
Sumqayıt şəhər Məhkəməsində vəkil Qəhrəman Pirməmmədovun işinə baxılıb.
sumqayitxeber.com apa-ya istinadən xəbər verir ki, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Q.Pirməmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
O, vəkil həmkarı Könül Salehovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.
Qeyd edək ki, Q.Pirməmmədov Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili olub. Cari ilin əvvəllərində Vəkillər Kollegiyası tərəfindən onun fəaliyyəti dayandırılıb. Əməlində cinayət tərkibinin əlamətləri olduğu üçün hüquq-mühafizə orqanına məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər