Sumqayıtda vətəndaşlara ağac tingləri paylanıb

1242

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylayıb.

“Report”un Sumqayıt-Abşeron müxbirinin məlumatına görə, Xırdalan şəhərində keçirilən aksiyada vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib.

ETSN-in 4 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən “Report”a bildirilib ki, bu gün, ümumilikdə 1000-ə yaxın ağac tingi Abşeron rayonunun bütün kənd və qəsəbələrindən gələn əhaliyə paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər