Sumqayıtda “Vətənim Azərbaycan” adlı inşa müsabiqəsi keçirilib

1606

Sumqayıtda “Vətənim Azərbaycan” adlı inşa müsabiqəsi keçirilib.
13.02.2019- cu il tarixdə Sumqayıt Gənclər Evinin təşkilatçılığı ilə 33 saylı tam orta məktəbdə “Vətənim Azərbaycan” adlı inşa müsabiqəsi keçirilmişdir. Müsabiqənin birinci mərhələsində 50 nəfər şagird iştirak edərək öz inşalarını təqdim etmişdir. Daha sonra müsabiqənin ikinci mərhələsində 33 saylı tam orta məktəbin direktoru Rübabə Əsgərova çıxış edərək şagirdlərimizə vətənpərvərlik  hissinin aşılanması, gənclər arasında vətənpərvərlik, milli mənəvi, ümumbəşəri dəyərlərə hörmət hisslərini gənclərə aşılayıb.

Daha sonra Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək şagirdləri salamlamış, şəhərdə yaradılan “Azərbaycan Gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramından, dövlət gənclər siyasətindən, dövlətçilikdən, Sumqayıt şəhərində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün gənclərə yaradılan şəraitdən  bəhs edərək onlara uğurlar arzulayıb.
Müsabiqə zamanı qalib gələn gənclərə Gənclər evinin fəxri fərman və hədiyyələri  təqdim olunub.
Tədbirin sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilərək Gənclər evinin bukletləri paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər