Sumqayıtda “Vətənin Müdafiəsinə Hazıram”ın qalibləri mükafatlandırıldı – FOTOLAR

661
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi və şəhər Təhsil şöbəsinin birgə təçkilatçılığı 22 nömrəli tam orta məktəbdə Ali, orta ixtisas, peşə liseyləri və ümumtəhsil məktəbləri arasında Çağırışa qədər və çağırış yaşlı gənclərin payız çağırışına həsr edilmiş “Marş irəli” devizi altında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ali, orta ixtisas və peşə liseyləri arasında Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci (580 xal), 1 nömrəli peşə liseyinin komandası ikinci (487 xal), 3 nömrəli peşə liseyinin komandası isə üçüncü (475 xal) yeri tutublar. Ümumtəhsil məktəbləri arasında keçirilən yarışda 38 (484 xal), 43 (404 xal), 7 (479 xal) nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüb. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, kubok və hədiyyələri ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər