Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

589

Sumqayıt Şəhər İcra Hakimiyyəti, bələdiyyə, hüquq mühafizə orqanları rəhbərlərinin, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Xocalının dinc əhalisinə qarşı erməni daşnaklarının 366-cı sovet motoatıcı alayın köməyi ilə törətdiyi qanlı divan, amansız soyqırımın bütün dəhşəti bir daha yada salınmışdır.
Tədbir iştirakçıları şəhərin mərkəzində, ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında yerləşən parkda məktəblilərin rəsm sərgisi ilə tanış olmuşlar.
“Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgidə bir gecədə 613 nəfər günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi və bir şəhərin bütövlükdə yerlə-yeksan edilməsi dünya tarixində ən böyük cinayətlərdən biri kimi təqdim olunmuşdur.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları o qanlı gecənin tükürpərdici anlarını canlandıran ədəbi-bədii kompozisiya göstərmişlər. AzərTac, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər