Sumqayıtda Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

1232

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 25 fevral 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclər, gənclər təşkilatlarının, idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 26 fevral – Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalını Unutmuruq” adlı dəyirmi masa keçirmişdir.
İştirakçılar əvvəlcə erməni silahlı dəstələrinin və SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıda törətdikləri soyqırımı özündə əks etdirən videoçarxı izləmişlər.
Dəyirmi masanı giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov dövlətimizin və Heydər Əliyev Fondunun Xocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı siyasətdən, görülən məqsədyönlü işlərdən, ermənilərin müxtəlif illərdə xalqımıza qarşı törətdiyi vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin biganəliyindən danışmış, hər hansı bir təşkilatın təşəbbüsü olmadan gənclərimizə insanlığa sığmayan hərəkətlərin-soyqırımların beynəlxalq aləmə çatdırılmasında fəal olmağı tövsiyə etmişdir.
Sonra çıxış edənlər Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident Təqaüdçüsü Əhməd Rəcəbli, 31 saylı tam orta məktəbin müəllimi Raqif Şirinov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, Sumqayıt “Asan” Xidmət Mərkəzinin məsul işçisi Fəridə Qafarova Xocalı Soyqırımı ilə bağlı fikirlərini iştirakçılarla bölüşmüşlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər