Sumqayıtda yanğın olub – 11 nəfər təxliyə edildi

1195

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

sumqayitxeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 11 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər