Sumqayıtda YAP gəncləri bir araya topladı – FOTOLAR

627

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Müasir Azərbaycanın inkişafında gənclərin rolu “ adında tədbir keçirib.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı sədrin  gənclərlə iş üzrə müavini Elmar Xəlilov, sədrin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, apparat rəhbəri Aqşin Əliyev, Gənclər Birliyinin üzvləri, Xalq qəzetinin bölgə müxbiri Əli Nəcəfxanlı, AzVision.az saytının  baş redaktoru Vüsal Məmmədov, xəbərlə.com saytının təsisçisi, redaktoru Ramil Yaqub Zeynallı, Məslək qəzetinin baş redaktoru Ucal Qasımov  , radio aparıcısı Rəhman Rəsul və AzVision.az saytının əməkdaşı, bloger Bəxtiyar Məmmədov iştirak edib.

Tədbiri çıxış sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov tədbir iştirakçılarını salamlayaraq, onlara “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” na dair çıxış edərək, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələ olduğunu diqqətə çatdırdı. Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Sonra gənclərlə bağlı hazırlanmış qısa metrajlı film izləndi.

Gənclərlə bağlı qısa metrajlı filmi izlədikdən sonra yerindən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri : Nigar Vəliyeva – Respublikada və Sumqayıt şəhərinin inkişafı haqqında, Tural Əlibabayev – Azərbyacanda gənclər siyasəti, Nicat Hüseynov – Azərbaycanda könüllülük siyasəti, Elmira İbadova – Gənclərimizin elm və təhsildə uğurları, Samirə Vəliyeva – Cənab Prezindentimiz İlham Əliyevin və dövlətin dinə olan münasibəti və Elvin Əlizadə – Gənclərimizin milli mənəvi dəyərlərinin formalaşmasında rolu mövzülərində çıxışlar etdilər.

YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri gənclər Gəncə şəhərində olan hadisələrə öz münasibətlərini bildirdilər. Cinayətkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları lazımı ölçü götürəcəklərinə əmin olduqlarını, heç bir cinayətin diqqətdən qalmayacağına və gələcəkdə bu kimi halların təkararlanmamasına ümidvar olduqlarını bildirdilər. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.

Mövzü ətrafında AzVision.az saytının  baş redaktoru Vüsal Məmmədov və Xalq qəzetinin bölgə müxbiri Əli Nəcəfxanlı  öz fikirlərini tədbir iştirakçılarına çatdırdılar.

Sonda çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirdiyini tədbir iştirakçılarına bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər