Sumqayıtda yaradılan müvəqqəti sığınacaqlarda neçə nəfərə xidmət göstəriləcək?

601

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də müvəqqəti sığınacaq təşkil olunub.

Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün sığınacaqlar yaradılıb.

Kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtda olduğu kimi  Sumqayıtda da müvəqqəti sığınacaqlar təşkil edib.  Sığınacaqlar şəhərin 3-cü mikrorayonunda, Sülh küçəsi 17a ünvanında  12 mərtəbəli binanın qarşısında quraşdırılb.

Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Sığınacaqdan tüfeyli həyat keçirənlər, öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.

Qeyd edək bu tip sığınacaqlar Sumqayıtda ilk dəfədir  təşkil olunur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər