SOCAR prezidenti:”Sumqayıtda yaradılmış Karbamid zavodunun tikinti işləri artıq sona çatmaqdadır”

1095

“Sumqayıtda yaradılmış Kimya Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəmiz – Karbamid zavodunun tikinti işləri də artıq sona çatmaqdadır. Əsaslı layihələndirmə, satınalma və inşaat/montaj işləri 100 faiz tamamlanmış, bütün avadanlıqlar, demək olar, quraşdırılmışdır. Yaxın müddətdə zavodun ammonyak və karbamid istehsalı sahələrində sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur və cari ilin sonunadək ilk karbamid məhsulunun əldə edilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü ilə bağlı “Xalq qəzeti” nəşrində dərc olunan məqaləsində bildirilir.

“Zavodun istehsal gücü gündəlik 2 min ton və ya illik 650-660 min ton karbamid məhsuluna hesablanıb. Bu həcm ölkənin illik karbamid tələbatını təmin etməyə yetəcək, məhsulun 2/3 hissəsi isə Türkiyəyə ixrac ediləcək. Layihə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək və əkinçiliyin inkişafını sürətləndirəcək. Beləliklə, “SOCAR Polymer” və Karbamid zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq. “SOCAR Polymer”in məhsulları xammal kimi istifadə olunaraq, plastik istehlak məhsullarının istehsalına stimul verəcək və qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayacaq”, – deyə R.Abdullayev əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər