Sumqayıtda yarmarka üçün daha bir yer ayrıldı

2187

Sumqayıt şəhərində kənd təsərrüfatı mallarınının yarmarkası üçün növbəti yer ayrılıb. Bundan sonra Sumqayıt şəhərinin 42-ci məhəlləsində 49 saylı peşə məktəbinin yanıında – “Sevgilim” şadlıq sarayı ilə üzbəüz də yarmarka fəaliyyət göstərəcək. Yarmarka sabahdan başlayaraq həftənin şənbə və bazar günləri təşkil olunacaq.
Qeyd edək ki, yarmarkalar Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilir. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin nümayəndələrı yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edirlər. Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər