Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

2157

Sumqayıtda yanğın qeydə alınıb.

Sumqayitxeber.com FHN-ə istinadən xəbər verir ki, şəhərdə 9 mərtəbəli yaşayış binalarının birində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın qısa zamanda söndürülüb, zirzəmi və mənzillər yanğından mühafizə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər