Sumqayıtda “Yaşıl dünyamızı birgə qoruyaq” aksiyası keçirilib

627

salamnews-ün məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti Sumqayıtda dini icmaların nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.“Yaşıl dünyamızı birgə qoruyaq” devizi altında keçirilən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tolerantlıq Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan aksiyada müxtəlif dini konfessiyaların yüzdən çox nümayəndəsi iştirak edib.

Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib ki, aksiya ətraf mühitin qorunmasına, müxtəlif dini etiqadlar arasında qarşılıqlı anlaşmanın, Azərbaycanda tolerantlığın daha da inkişafına töhfə verəcək, konfessiyalaraarası əlaqələrin genişlənməsində və onların ümummilli lider Heydər Əliyev ideyaları ətrafında birləşməsində vacib rol oynayacaq. Aksiya çərçivəsində 9 min ağacın əkilməsi nəzərdə tutulub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər