Sumqayıtda Yaşıldərə qəsəbəsində fövqəladə vəziyyət

678

Sumqayıtda Yaşıldərə qəsəbəsində fövqəladə vəziyyət hökm sürür.

Birlik.az saytının şimal regionu üzrə əməkdaşı xəbər verir ki, bir sutkaya yaxındır qəsəbədə işıqlar sönüb, sular kəsilib. Bəzi evlərdə qaz olmadığından elektrik kəsildiyi üçün ailələr soyuqda qalıb.

Sakinlər bir-biri ilə əlaqə yarada bilmir. Yollar yarım metrə yaxın qarla örtüldüyündən şagirdlər dərsə gedə bilmir. Sakinlər qeyd edir ki, məktəb bağlanıb. Sakinlər müvafiq icra və bələdiyyə orqanlarından kömək gözləyir. Qəsəbədə mövcud olan bir neçə kiçik dükanda çörək və ərzaq qıtlığı yaşanır. ərazidə icra və bələdiyyə orqanlarının işi sıfır səviyyəsindədir. Qəsəbəyə işləyən yeganə 39 saylı marşrut yolların güclü qarla örtülməsi səbəbindən işləmir. Elektrik enerjisinin bir sutkaya yaxındır ki, kəsilməsi ilə əlaqədar olaraq,  telefonlarının elektrik ehtiyatı tükənən sakinlərin şəhərlə, qohum-əqrəbaları ilə əlaqəsi tam kəsilib.

Bundan əlavə əməkdaşımızın bildirdiyinə görə, Corat qəsəbəsində də vəziyyət kritik səviyyədədir. Bu qəsəbədə də elektrik enerjisi dünən axşamdan fasilələrlə verilir. Qısa müddətə verilən enerji də tez-yez kəsilir. Mavi yanacağın verilişi isə dünən axşam saat 7-dən dayandırılsa da, sonradan kibrit yanar kimi verilib.
Sumqayıt şəhərinin özündə də vəziyyət eynidir. Şahmatvari şəkildə işıqlar tez-tez söndürülür. Bu isə onu göstərir ki, “Sumqayıtelektrikşəbəkə”yə dövlətdən ayrılan milyonlarla manat sadəcə havaya sovrulub. Yoxsa sadəcə bir neçə saat yağan və qalınlığı 30-40 sm-i keçməyən qarda ölkənin 3-cü böyük şəhəri bu cür fövqəladə vəziyyətə düşməzdi.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər