SUMQAYITDA YENİ AİLƏ QURAN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

787

Görüşdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısı Vaqif Əliyev yeni ailə quranları təbrik edərək, onlara xoşbəxtlik arzulayıb. Belə tədbirlərin keçirilməsində əsas məqsədin gənc ailələrə qayğını daha da artırmaq, eləcə də cəmiyyətdə ailə dəyərlərini təbliğ etmək olduğunu bildirib. Çıxış edənlər sağlam və möhkəm ailələrin qurulmasına hərtərəfli dəstək göstərilməsinin vacibliyini, bunun üçün ictimaiyyətin diqqətini və səylərini gənc ailələrin sosial problemlərinin həllinə cəlb etməyin zəruriliyini vurğulayıblar. Tədbirdə gənc ailələrin istirahətinin və asudə vaxtlarının mənalı təşkili üçün şəhərdə keçirilən mədəni tədbirlər barədə məlumat verilib. Bu məqsədlə son illərdə şəhərdə yeni istirahət və mədəniyyət mərkəzləri də yaradılıb. Çıxış edən gənclər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə gənc ailələrə şəhər icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Narahat sumqayitli
    Oktyabr 26, 2010 - 18:18

    men de genc aile quran biriyem. maraqlidi bele tedbirlere nece “dushmek” olar ? 🙂

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər