Sumqayıtda Yeni il bayramı münasibəti ilə “Şəhərimizin qış nağılı” adlı şənlik keçiriləcək

1604

Şəhərimizdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə xüsusi hazırlıq işləri həyata keçirilir. Belə ki, şəhərin bütün park və xiyabanlarında yolkalar qurulur. Qeyd edək ki, hər yolkanın yanında bayramın əvəzedilməz simvolları olan Şaxta Baba və Qar qız dayanacaq. Şəhərin bütün küçələri, eləcə də ticarət və xidmət obyektlərinin qarşısı bayram əhval-ruhiyyəsinə uyğun tərtib olunur.

Yeni il bayramı münasibəti ilə şəhərimizdə fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarında silsilə bayram şənlikləri həyata keçiriləcək. Eyni zamanda “Şəhərimizin qış nağılı” adlı əsas şənlik təşkil ediləcək. S. Vurğun adına mədəniyyət sarayının qarşısında baş tutacaq şənlikdə müxtəlif rəqs kollektivlərinin çıxışları uşaqların əyləncəsinə rəng qatacaq. Uşaqları təbrik edənlər sırasında tanınmış cizgi filmləri qəhrəmanları, Şaxta Baba və Qar qız olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sevinc
    Dekabr 22, 2010 - 17:26

    Bu çox yaxşı xəbərdir.yalnız vaxtını, saatını və hansı mədəniyyət sarayında şənliklər neçə gün olacağını da yazsanız pis olmaz.Qabaqcadan təşəkkürlər.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər