Sumqayıtda yüklə dolu “KamAZ” aşıb – FOTO

1613

Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan “KamAZ” aşıb.

“Report”un Sumqayıt-Abçşerob bürosu xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, normadan artıq mişar daşı ilə yüklənən 30-BE-629 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Hadisə zamanı sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər