Sumqayıtda yüksək bal toplamış tələbələrlə görüş keçirilib

682

Bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev cari ildə ali məktəblərə qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüşüb. Görüş şəhər İcra Hakimiyyətinin akt zalında baş tutub. Görüşdən öncə şəhər başçısının tələbələrə ayrılmış pul mükafatı onlara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan V. Əliyev tələbələri təbrik edərək onlara yeni tədris ilində uğurlar arzulayıb. Cıxışında V.Əliyev respublikada, eləcədə Sumqayıtda məktəblərə göstərilən diqqət və qayğıdan danışaraq məktəblərin texniki bazanın möhkəmləndirilməsi məqsədilə müasir avadanlıqlarla tam təmin olunduğunu bildirib.

Daha sonra şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov çıxış edib, 2010-cu ildə ali məktəblərə qəbul barədə ümumi məlumat verib. O, bu il ölkənin ali məktəblərinə daxil olmuş 1330 sumqayıtlı tələbədən 109-unun 600-dən çox bal, 36-sı isə 650-dən çox bal topladığını qeyd edib.

Sonda valideynlər və 650-dən yuxarı bal toplamış bir neçə tələbə çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər