Sumqayıtdakı dəhşətli qəzada yaralanan gənclərdən biri dünyasını dəyişib (FOTO)

742

Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb.
Xatırlayırsınızsa, yanvarın 16-da Sumqayıtda şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş vermişdi. Belə ki, Sumqayıtın tanınan, bacarıqlı gənclərindən sayılan Vüsal Orucov hadisə yerində dünyasını dəyişmiş və 4 sərnişin – Vüqar Orucov (Vüsalın qardaşı), Siyasət Bağırov (Vüsalın qardaşının qaynı), Tutu Orucova (Vüqarın həyat yoldaşı) və Siyasətin nişanlısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Qəzaya səbəb “Chery” markalı avtomobilin sürücüsünün qaydanı pozması idi.
Bu faciəvi qəzanın Sumqayıtda yaratdığı geniş əks-səda hələ də davam edir. Qəzada ağır xəsarət alan Orucova Tutu Ədalət qızı – Vüqarın həyat yoldaşı dünənə qədər koma vəziyyətində idi. Lakin zərər çəkənlərin yaxınlarının Xeberle.com-a verdiyi məlumata görə, qız axşam saatlarında dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Digər 3 nəfər isə müalicəsini davam etdirir. Vüqarın səhhəti isə getdikcə yaxşılaşır və o həyat yoldaşının ölümündən xəbərsizdir.
Bildirək ki, Orucova Tutu Ədalət qızının qəzadan təxminən 10 gün əvvəl Əsmər adlı qızları doğulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər