Sumqayıtdakı inkişaf Xalq yazıçısı Anarın da tərifini qazandı

1005

Sumqayıt son zamanlar bir çox əhəmiyyətli tədbirlərə ev saihbliyi edir. Bu günlərdə belə tədbirlərdən biri də tələbələrin və ədəbi ictimaiyyətin iştirakı ilə Sumqayıt Dövlət Universitetində keçirilən Xalq yazıçısı Anarın 80 illik yubiley mərasimi idi.

Tələbələrin Xalq yazıçısına ünvanladığı sullar, yazıçının cavablandırarkən verdiyi maraqlı, zarafat və yumor dolu cavablar tədbirə xüsusi gözəllik qatırdı. Təbii ki, tələbələrin ifasında səsləndirilən mahnı və musiqi nömrələri də öz yerində…
Amma həmin günü və tədbiri yaddaqalan edən əsas məqam çıxış üçün söz verilərkən Xalq yazıçısı Anarın Sumqayıt və bu şəhərin taleyində baş verən hadisələr haqqında söylədikləri oldu. Yazıçı 88-ci il Sumqayıt hadisələrini yada salaraq o günlərə qayıtdı və yaşanan faciəni xatırlatdı: “O zaman biz çox çətinliklə sübut etmək istəyirdik ki, bu məsələdə Azərbaycan xalqının heç bir günahı yoxdur. Sonradan məlum oldu ki, bunu KQB təşkil edib… Əsas aparıcı qüvvə də erməni Qriqoryan idi. Amma vəziyyət elə gətirmişdi ki, ermənilər bunu ustalıqla təşkil edib hadisələrin elə birinci günündəncə bütün dünyada yaydılar. O cümlədən Avropa ölkələrində bunu bizim əleyhimizə istifadə etdilər. Uzun illər biz bu ləkəni silmək istədik. Halbuki bir daha deyirəm, bu ləkə bizim günahımız deyildi. SSRİ-ni dağıtmaq istəyən qüvvələrin fkri idi”.
Xəyalən o günlərə qayıdan Xalq yazıçısı Sumqayıtın bu gününü tam fərqli bir prizmadan dəyərləndirdi: “İndi mən çox şadam ki, son vaxtlar Sumqayıtın adı ancaq müsbət mənada çəkilir. Bura hər gəlişimizdə daha da gözəlləşən, daha da abadlaşan bir şəhər görürük. Sumqayıt Universiteti kimi bir təhsil olcağınız var ki, Azərbaycanın yaxşı təhsil müəssisələrindən biridir. Əlbəttə ki, bu hər birimizin qəlbini iftixar hissi ilə doldurur”.
Sumqayıtı Azərbaycanın “ən cavan”, “cavanlaşan” və “cavanların şəhəri” adlandıran yazıçı Anar yubiley tədbiri üçün təşkilatçılara da, qonaqlara da öz təşəkkürünü bildirdi.
Beləliklə, Sumqayıt təkcə gənclik şəhəri kimi deyil, ölkənin ən inkişaf etməkdə, gözəlləşməkdə olan məkanı kimi qələm sahiblərinin də diqqətini çəkməkdədir.

Nərgiz Cabbarlı, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər